“Qarabağ”dan 4 xal və 2 addım
Avropanın top komandalarının reytinqi açıqlanıb. Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonrakı cədvəldə bəzi dəyişikliklər olub.
“Top-100”də Azərbaycan bir klubla təmsil olunub. “Qarabağ” 211 xalla 77-ci pillədə qərarlaşıb.
Qurban Qurbanovun yetirmələri Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikdən sonra aktivini 4 xal artırıb. Ağdam klubu 2 pilləlik irəliləyişə nail olub.
Azərbaycanın daha iki komandası reytinqdə yer alıb. “Neftçi” 33 xalla 223-cü, “Qəbələ” 5 xala 380-cidir.
Qeyd edək ki, siyahıya 2297 xala malik “Real” başçılıq edir.