“Qarabağ”dan 4 cavabsız qol
Azərbaycan çempionu “Qarabağ” Avstriyada təşkil olunan təlim-məşq toplanışında ilk oyununu keçirib. Ağdam klubu mövsümlərarası fasilədəki ilk sınağında “Botoşani” ilə qarşılaşıb.
Qurban Qurbanovun yetirmələri matçın taleyini ilk yarıda həll edib. Öncə Kadi Borqes, ardınca Marko Veşoviç və İbrahima Vadji rəqib qapısına yol tapıb.
Fasilədən az sonra İbrahima dublunu rəsmiləşdirib. Beləliklə, “Qarabağ” toplanışa 4:0 hesablı qələbə ilə başlayıb.
Ağdam klubu toplanışda daha iki matça çıxacaq. Ölkə çempionu iyunun 29-da Almaniya “Holştayn Kil”i və Rumıniya təmsilçisi “Universitatya Krayova” klubları qarşılaşacaq.