“Qarabağ”dan 11 pilləlik irəliləyiş
İFFHS klubların dünya reytinqini açıqlayıb. Siyahıda planetin 702 klubu yer alıb.
2023-cü ilin yekun cədvəlində “Mançester Siti” ilin komandası olub. İngiltərə klubunun 359 xalı var.
Azərbaycan cədvəldə üç komanda ilə təmsil olunub. Bunlar ötən mövsümün mükafatçılarıdır.
Azərbaycanın ən yaxşı klubu “Qarabağ”dır. 145,5 xala malik Qurban Qurbanovun yetirmələri dünyanın 73-cü komandasıdır. Ağdam klubu ötən cədvəllə müqayisədə 11 pillə irəliləyib.
“Sabah” 55,5 xalla 436-cıdır. Murad Musayevin komandası 45 pillə geriləyib.
53,75 xala malik “Neftçi” dünyada 469-cudur. Bakı klubu 91 pillə geri düşüb.
Azərbaycan çempionu “Şaxtyor” (Ukrayna), “San Lorenso”, “River Pleyt” (hər ikisi Argentina), “Yanq Afrikans” (Tanzaniya), “Pohanq Stilers” (Cənubi Koreya), “Piramids” (Misir), “Nasyonal” (Uruqvay), “Renn” (Fransa), “Quarani” (Braziliya), “Ayaks” (Niderland), “İndependente” (Ekvador), AEK (Yunanıstan), “Serro Porteno” (Paraqvay) və “Leon”u (Meksika) keçib. “Lans” (Fransa), “Makkabi” (Təl-Əviv, İsrail) və “Atalanta” (İtaliya) “Qarabağ”ın keçməyə müvəffəq olub.