“Qarabağ”dan əzmkar qələbə
Azərbaycan Premyer Liqasında 27-ci tur davam edir. “Turan Tovuz” “Qarabağ”ı qəbul edib.
Şəhər stadionunda baş tutan qarşılaşma azarkeşlərin anşlağı ilə müşayiət olunub. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Bunun nəticəsində Otto Con hesabı açıb. Lakin qonaqlar ikinci yarıda özündə güc tapmağı bacarıb. Öncə Nəriman Axundzadə fərqi aradan qaldırıb, çox keçmədən Patrik Andrade komandasını önə keçirib. Son dəqiqələrdə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub – 3:1.
Qeyd edək ki, tura “Sumqayıt” – “Sabah” matçı ilə yekun vurulacaq.