“Qarabağ”dan əzmkar qələbə
Bu gün Çempionlar Liqasında təsnifat mərhələsinə start verilib. Təmsilçimiz “Qarabağ” da ilk matçına çıxıb.
Komandamız Cəbəllütariqin “Linkoln Red İmps” klubunun qonağı olub. Görüş ağdamlıların üstünlüyü ilə başlayıb. Lakin meydan sahibləri əks-hücumda fərqlənib – 1:0. “Qarabağ” isə ikinci hissədə hesabı bərabərləşdirib. Redon Cica adını tabloya yazdırıb. Matça artırılan son dəqiqədə Yassin Benzia təmsilçimizə əzmkar qələbə qazandırıb – 2:1.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 19-da keçiriləcək.