“Qarabağ”da yeni yarımmüdafiəçi
Azərbaycan çempionu “Qarabağ” növbəti transferini açıqlayıb. Ağdam klubu Kris Kukau ilə heyətini gücləndirib.
Fil Dişi Sahilindən olan futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Kakau son olaraq Portuqaliyanın “Mafra” klubunun şərəfini qoruyub.
Qeyd edək ki, 25 yaşlı futbolçu son mövsümdə Portuqaliya 2-ci Liqasında 32 oyunda 2 qolla yadda qalıb.













