“Qarabağ”da dəyişiklik
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində qarşıdakı oyunlar üçün heyətində dəyişiklik edib.
Ağdam təmsilçisi Coni Montieli siyahıya əlavə edib.
İspaniyalı yarımmüdafiəçi “Çelsi” ilə oyunda (2:2) zədələnən Kadi Borgesin əvəzinə heyətə daxil olunub.
Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.












