“Qarabağ”da ayrılıq

“Qarabağ”da ayrılıq

“Qarabağ”da ayrılıq baş verib. Klub futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.

28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib. Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Vinisius ən yaxşı seçildi

Növbəti yazı

Almeyda daha 1 il Ağdam klubunda