“Qarabağ”a qol vuran futbolçu Avropa nəhənglərinin hədəfində
Florian Virtz uğurlu çıxışını davam etdirir. O, artıq Avropanın top-klublarının diqqətini cəlb edib.
Futbolçu ilə “Barselona” fəal şəkildə maraqlanır. Lakin kataloniyalılar onun transfer məbləğini ödəyə bilmir.
“Bayer” 20 yaşlı futbolçunu 80-100 milyon avro dəyərində qiymətləndirir. Bunun “Barselona” üçün əlçatmaz məbləğ olduğunu başa düşürlər. Eyni zamanda, oyunçunun özü də Kataloniya təmsilçisinin sıralarına qoşulmaq istəyir.
Virtzə digər namizədlər arasında “Real”, “Arsenal”, “Mançester Siti”, “Bavariya” və “Tottenhem” var.