“Qarabağ”a çempionluq kuboku təqdim olundu

“Qarabağ”a çempionluq kuboku təqdim olundu

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün çempionunun mükafatlandırma mərasimi keçirilib. “Qarabağ”ın təltif olunduğu tədbir “Azersun Arena”da baş tutub.

Mükafatlar XXXV turun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra təqdim edilib. Ardıcıl 4-cü, tarixində 12-ci dəfə olan Ağdam klubu mükafatlarını alıb.

Mükafatlandırma mərasimində “Qarabağ”ın prezidenti Tahir Gözel,  AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər. Öncə klubun üzvlərinə, texniki heyətə, məşqçilərə və futbolçulara qızıl medallar verilib. Ardınca “Qarabağ”a çempionluq kuboku təqdim olunub. 

Qeyd edək ki, “Qarabağ” XXXII turda – çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.

ETOPAZ

Əvvəlki yazı

PSV 26-cı dəfə Niderlandın ən güclüsüdür

Növbəti yazı

“Sabah” 250-ci qolu buraxdı