“Qarabağ”a 8 mümkün rəqib

“Qarabağ”a 8 mümkün rəqib

Avropa Liqasının pley-offuna yüksələn “Qarabağ”ın rəqibi dekabrın 18-də İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşəcək. Avropa Liqasında qrupda ikinci yeri tutanlar Çempionlar Liqasının qrupunda üçüncü olanlara rəqib olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü olan 8 komandadan biri ilə görüşəcək.

Təmsilçimizin mümkün rəqibləri “Qalatasaray”, “Benfika”, “Braqa”, “Lans”, “Milan”, “Yanq Boyz”, “Feyenoord” və “Şaxtyor” klublarıdır.

Pley-offun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan tarixi qələbə

Növbəti yazı

PSJ-də yeni müqavilə