“Qarabağ” “Zirə”ni məğlub etdi

“Qarabağ” “Zirə”ni məğlub etdi

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların növbəti yoxlama oyunları keçirilib. Günün ikinci qarşılaşmasında “Qarabağ” “Zirə” ilə üz-üzə gəlib.

“Azərsun Arena”nın köməkçi meydanında Ağdam təmsilçisi qəsəbə klubunu məğlub edib – 4:2. Qolları Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica vurub.

Qeyd edək ki, “Qarabağ” ilin ilk yoxlama oyununda “Kəpəz”ə 5:1 hesabı qalib gəlib. “Zirə” isə “Şamaxı”dan üstün olub – 3:1.

Yoxlama oyunu
12 yanvar
15:30. “Qarabağ” – “Zirə” 4:2

“Azərsun Arena”

ETOPAZ

Əvvəlki yazı

Emreli yenidən fərqləndi

Növbəti yazı

“Barselona”nın 15-ci Superkuboku