“Qarabağ” Zirədə qalib gəldi
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Mövsümün ilk yarısının son görüşü Zirədə baş tutub.
Qəsəbənin eyniadlı təmsilçisi “Qaraabğ”ı qəbul edib. Çempionatın liderlərinin görüşündə hesabı Olavio Juninyo açıb. Premyer Liqanın bombardiri 13-cü qoluna imza atıb. Bu qol “Qarabağ”a üç xal qazandırıb. Ağdam klubu qış fasiləsinə 12 xallıq üstünlüklə yollanıb.
Qeyd edək ki, mövsümün ikinci yarısına 2024-cü ilin yanvarın 21-də start veriləcək.