“Qarabağ” yarımfinalda

“Qarabağ” yarımfinalda

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulur. Bu gün raundun cavab matçlarına start verilib.

“Qarabağ” “Səbail”i qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. Hesab erkən açılıb. Musa Qurbanlı fərqlənib. Çox keçmədən Rüfət Abdullazadə oyuna bərabərlik gətirib. Lakin meydan sahibləri yenidən önə keçib. Emin Rüstəmov avtoqol müəllifi olub. İkinci yarıda isə Nəriman Axundzadə oyunda nöqtəni qoyub – 3:1.

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

“Sabah” darmadağınla növbəti mərhələdə