“Qarabağ” pley-offa vəsiqəni təmin etdi
Avropa Liqasının qrup mərhələsinin 4-cü turuna start verilib. “Qarabağ” “Olimpiakos”u qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç təmsilçimizin üstünlüyü ilə başlayıb. Ağdamlılar ardıcıl hücumlar təşkil edib. Lakin qol vurmaq mümkün olmayıb. Oyunun ikinci hissəsi də eyni ssenari ilə davam edib. “Köhlən atlar”ın çoxsaylı səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb – 0:0.
Bu heç-heçə ilə xal ehtiyatını 7-yə yüksəldən “Qarabağ” 2-ci pillədəki yerini qoruyub. Həmçinin, komanda Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.