“Qarabağ” xal itirdi
Azərbaycan Premyer Liqasının XVI turu davam edir. Bu gün daha bir matç baş tutub.
“Sabah” “Qarabağ”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçda hesabı meydan sahibləri açıb. Neqoş Kupuşoviç fərqlənib. Lakin ağdamlılar məğlubiyyətdən qaçmağı bacarıblar. Nəriman Axundzadə komandasına bir xal qazandıran qolu vurub.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.