“Qarabağ” xal fərqini 4-ə endirdi
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Günün son matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
“Qarabağ” “Turan Tovuz”u qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk hissədə açılıb. Abdullah Zubir fərqlənib.
İkinci yarıda “Turan Tovuz” hücumlarının kəsərini artırsa da, hesab dəyişməyib – 0:1.
Qeyd edək ki, xallarının sayını 39-a çatdıran “Qarabağ” lider “Sabah”la xal fərqini 4-ə endirib.












