“Qarabağ” “Viktoriya”nı məğlub etdi

“Qarabağ” “Viktoriya”nı məğlub etdi

“Qarabağ” Avstriya toplanışında növbəti yoxlama oyununu keçirib. Tirol bölgəsində hazırlıq keçən Qurban Qurbanovun yetirmələri Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə görüşüb.

Təmsilçimiz meydana aşağıdakı start heyəti ilə çıxıb: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir, Olavio Juninyo.

Görüşdə hesabı ağdamlılar açıb. Leandro Andrade Çexiya təmsilçisini məyus edib. Kabo-verdeli futbolçu fasiləyədək daha bir qol vurub.

Qarşılaşmanın ikinci yarısında bir qol qeydə alınıb. Plzen təmsilçisi fərqi minimuma endirib. Beləliklə, “Qarabağ” Avstriya toplanışında ilk qələbəsini qazanıb – 2:1.

Qeyd edək ki, hazırlıq çərçivəsindəki növbəti matçlar iyulun 16-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”da yeni hücumçu

Növbəti yazı

Kinin yeni klubu bəlli oldu