“Qarabağ” “Viktoriya” səddini aşa bilmədi
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Təmsilçimiz “Qarabağ” səfərdə “Viktoriya” ilə qarşılaşıb.
Ağdamlılar görüşə fəal başlayıb. 38-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. Lakin meydan sahibləri ikinci hissədə iki dəfə fərqlənərək qələbə qazanıb.
Bununla da, “Qarabağ” yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. Bu raundun püşkatma mərasimi avqustun 26-da keçiriləcək.