“Qarabağ” və “Zirə”dən əzmkar qələbə
Azərbaycan Premyer Liqasında VIII tur davam edir. Turun ikinci günündə iki oyun baş tutub.
Məhsuldar keçən qarşılaşmaların hər ikisində əzmkar qələbə qeydə alınıb. Hesabı açan komandalar günü xalsız başa vurub.
“Turan Tovuz”un qonağı olan “Zirə” Natan Oduvanın qoluna üzülsə də, fasiləyədək önə keçməyi bacarıb. İkinci hissədə fərqi iki topa çatdıran Bakı klubunda Coşqun Diniyev və iki dəfə Hamidu Keyta qol sevinci yaşayıb – 3:1.
Günə çempionatın liderləri “Qarabağ”la “Neftçi”nin dueli ilə yekun vurulub. Azərbaycan derbisində hesabı Eddi İsrafilov açıb. Ölkə çempionu yalnız fasilədə sonra oyunda dönüş yaradaraq startda ardıcıl 7-ci qələbəsini qazanıb. Ağdamlıların heyətində Kadi Borqes, Abdullah Zubir və Ovusu Kvabena fərqlənib – 3:1.
Qeyd edək ki, tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.