“Qarabağ” və “Sabah”dan böyükhesablı qələbə

“Qarabağ” və “Sabah”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XXI tura start verilib. III dövrənin son turunun matçları milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra keçirilib. Turun ilk günündə iki qarşılaşma baş tutub.

Günə liderlə autsayderin dueli ilə start verilib. “Qarabağ” mövsümdəki yeganə məğlubiyyətini aldığı “Səbail”lə ev qarşılaşmasında böyük hesabla qalib gəlib – 5:1. Ağdamlıların heyətində Leandro Andrade və Ramil Şeydayev hərəyə iki, Elvin Cəfərquliyev bir dəfə fərqlənib. Bakı klubunun təsəlli qoluna penaltidən Nikolas Raysel imza atıb.

Turnir cədvəlinin ikinci yarısında qərarlaşanların duelində “Sumqayıt” “Sabah”ı qəbul edib. Uğursuzluq zolağında olan meydan sahibləri bu dəfə də meydandan xalsız ayrılıb. “Sabah” üç xalı 3 cavabsız qolla əldə edib. Paytaxt təmsilçisinin qollarına Aleksey İsayev, Xuan Kamara və Coy-Lens Mikels imza atıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Keşlə” və “Neftçi”  “Zirə” görüşləri ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Kris Pol 4-cü pillədə

Növbəti yazı

Günün kuponu – 03.04.2022