“Qarabağ” və “Neftçi” gerilədi

“Qarabağ” və “Neftçi” gerilədi

Klubların dünya reytinqi açıqlanıb. İFFHS-in cədvəlində dünyanın ən yaxşı 507 klubu yer alıb.

Azərbaycan siyahıda dörd klubla təmsil olunub. “Qarabağ” 183,75 xalla dünyanın 53-cü komandasıdır. Qurban Qurbanovun komandası ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.

“Zirə” növbəti böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 15 pillə irəliləyib. Rəşad Sadıqovun yetirmələri 62,25 xalla 369-cudur.

“Sabah” isə 17 pilləlik sıçrayışa nail olub. 60,75 xala malik Bakı təmsilçisi 388-cidir.

“Neftçi” 59,25 xalla 403-cüdür. Bakılılar 5 pillə geriləyib.

ETOPAZ

Əvvəlki yazı

Norman “Atletiko” yolunda

Növbəti yazı

“Zirə”də növbəti ayrılıq