“Qarabağ” və “Neftçi” cərimələndi

“Qarabağ” və “Neftçi” cərimələndi

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 2500, “Neftçi”ni 2000 manat cərimələyib. Buna Azərbaycan Premyer Liqasının XVII turunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi “Kəpəz”lə qarşılaşmadan sonra meydana kənar şəxsin daxil olması ucbatında ziyana düşüb.

Bakı klubu isə “Zirə” ilə görüşdə oyun günü planı pozulduğu üçün cərimələnib.

Bundan əlavə, “İmişli” “Araz-Naxçıvan”la matçda 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. “Araz-Naxçıvan”ın dörd futbolçusu sözügedən oyunda sarı vərəqə aldığından klubu 700 manat ziyana salıblar.

“Sabah”da isə “Karvan-Yevlax”la qarşılaşmada beş nəfər eyni halla üzləşib, “bayquşlar”a 700 manat cərimə tətbiq olunub.

ETOPAZ

Əvvəlki yazı

Həftənin oyunçusu adına namizədlər bəlli oldu

Növbəti yazı

Günün kuponu – 30.01.2026