“Qarabağ” və “Kəpəz” cəzalandırıldı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının XXVII turunun oyunları ilə bağlı qərarlar verilib.
“Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.
“Sabah” – “Zirə” matçında Əsasnamənin tələbləri pozulduğuna görə Bakı klubu 500 manat cərimələnib.