“Qarabağ” və “Kəpəz” 1/4 finalda
Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir. Bu gün daha 2 matç baş tutub.
“Qarabağ” “Qəbələ”nin qonağı olub. Ağdamlılar səfərdə rahat qələbə qazanıb. Hesabı Abdullah Zubir açıb. Murad Musayevin avtoqolu həlledici olub – 0:2.
“Kəpəz” isə “İmişli” ilə qarşılaşıb. Görüş elita təmsilçisinin qələbəsi ilə nəticələnib. Karim Lkoçanın qolu həlledici olub.