“Qarabağ” uduzdu, Azərbaycan gerilədi

“Qarabağ” uduzdu, Azərbaycan gerilədi

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna Avropa Liqasının Liqa mərhələsinin ikinci gününün nəticələri səbəb olub.

I turun baş tutan matçlarından sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. Azərbaycanın da cədvəldəki yerində dəyişiklik olub.

“Qarabağ”ın səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzub. Nəticədə xal hesabımız dəyişməz qalıb.

Hesabında 19,125 xal olan ölkəmiz Avropadakı mövqeyini əldən verib. Bir pillə geriləyən Azərbaycan siyahıda 27-cidir. İki addım irəliləyən Rumıniya həm ölkəmizi, həm Bolqarıstanı keçib.

Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 90,589 xal.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır“

Növbəti yazı

“Sabah”ın daha bir rəqibi bəlli oldu