“Qarabağ” üçün seminar keçirildi

“Qarabağ” üçün seminar keçirildi

“Qarabağ”ın əsas komandası üçün hakimlik məsələləri və oyun qaydaları ilə bağlı seminar təşkil olunub. Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

“Azərsun Arena”nın akt zalında təşkil edilən tədbirdə AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere, komitənin üzvü Ömər Paşayev, həmçinin komanda üzvləri və məşqçi heyəti iştirak edib.

Qurum rəsmisi hakimlik və oyun qaydaları haqqında danışıb. Bu mövzuda suallar cavablandırılıb. Komitə rəhbəri videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib. Epizodlarla bağlı müzakirələr aparılıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.01.2025

Növbəti yazı

Super Liqada növbəti ayrılıq