“Qarabağ” “Sabah”ı məğlub etdi

“Qarabağ” “Sabah”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub. Turun son matçı “Azersun Arena”da baş tutub.

“Qarabağ” “Sabah”ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə başlayıb. Meydan sahibləri Toral Bayramov, Nəriman Axundzadə və Kevin Medinanın qolları ilə böyük üstünlük əldə edib.

Buna baxmayaraq qonaqlar asanlıqla təslim olmayıb. İlk yarının sonlarında Coy Lens Mikels fərqlənib. Ardından Pavol Şafranko fərqi minimuma endirib. Lakin “bayquşlar”ın daha artığına gücü çatmayıb – 2:3.

ETOPAZ

Əvvəlki yazı

Emreli oynadı, komandası məğlub oldu

Növbəti yazı

Tauns “Nyu-York Niks”də