“Qarabağ” – “Rakov” cütünün məğlubunun rəqibinə aydınlıq gəldi
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə “Qarabağ”ın mümkün rəqibi də bəlli olub.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə görüşəcək Qurban Qurbanovun yetirmələri mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək. Azərbaycan və Polşa çempionlarının duelində uduzan komanda ikinci dərəcəli klub turnirində HİK (Finlandiya) – “Molde” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” Avropa Liqasına düşsə, ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin matçları avqustun 10-da və 17-də keçiriləcək.