“Qarabağ” qrup mərhələsinə 25 futbolçu ilə gedir

“Qarabağ” qrup mərhələsinə 25 futbolçu ilə gedir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi bəlli olub. Bunu Azərbaycan çempionunun mətbuat xidməti açıqlayıb.

Ağdam klubu heyəti UEFA-ya göndərib. Baş məşqçi Qurban Qurbanov qrupda 25 futbolçuya güvənəcək.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Patrik Andrade, Nihad Quliyev

Hücumçular: Hamidu Keyta, Juninyo, Redon Cica, Nəriman Axundzadə

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsində, “Bayer” (Almaniya), “Hekken” (İsveç) və”Mölde” (Norveç) ilə mübarizə aparacaq.

ETOPAZ

Əvvəlki yazı

Lebron milliyə qayıdır

Növbəti yazı

De Byazinin seçimi: “23-lük” müəyyənləşdi