“Qarabağ” qrup ikincisi oldu

“Qarabağ” qrup ikincisi oldu

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Ağdam klubu Konfrans Liqasının qrup mərhələsinin VI turunda “Bazel”lə görüşüb.

İsveçrədəki qarşılaşma H qrupunda ilk iki yeri təmin edən rəqiblərin ilk pillə uğrunda dueli olub. Matçın ilk dəqiqələrində Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, hakim səhvi üzündən qol qeydə alınmayıb. Ağdam təmsilçisinin üstünlüyü ilə keçən görüşdə meydan sahibləri qələbə qazanıb.

İlk yarıda Artur Kabralın qolu ilə hesabda önə keçən Bazelin eyniadlı təmsilçisi fasilədən sonra fərqi artırıb. Bu dəfə Pajtim Kasami fərqlənib. Az keçmədən Kabral dublunu rəsmiləşdirib. 3:0 hesabı ilə qalib gələn “Bazel” qrup birincisi kimi 1/8 finala yüksəlib, “Qarabağ” ikinci yerlə pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü dekabrın 13-də atılacaq.

ETOPAZ

Əvvəlki yazı

1/8 finalçılar müəyyənləşdi

Növbəti yazı

Qurban Qurbanov: “Minimum vəzifəni yerinə yetirdik”