“Qarabağ” – “Qalatasaray”: Qardaşlıq oyununda üç qol

“Qarabağ” – “Qalatasaray”: Qardaşlıq oyununda üç qol

Azərbaycan çempionu “Qarabağ” yoldaşlıq oyunu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Qalatasaray”la qarşılaşıb.

Türkiyənin ən titullu klubu ilə matç xeyriyyə xarakteri daşıyıb. Görüşdən əldə olunan gəlir qardaş ölkədəki zəlzələdən əziyyət çəkənlərə yardıma yönələcək.

Bakı Olimpiya Stadionunda təşkil olunan matç milli komandaların oyunları ilə əlaqədar fasilə dövrünə təsadüf edib. Bu üzdən yığmalarda olan futbolçular bu görüşdə iştirak edə bilməyib. Ciddi oyunçu çatışmazlığı olan “Qarabağ” “Zirə” və “Şamaxı”nın üzvlərinin xidmətindən yararlanıb. Daha geniş heyətə malik İstanbul nəhənginin heyətində Nikola Zaniolo, Mauro İkardi, Xuan Mata, Bafetimbi Qomis kimi ulduzlar meydana çıxıb.

Dolu tribunalar önündəki oyunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da stadiondan izləyiblər.

Görüşdə hesabı “Qalatasaray”ın kapitanı açıb. Lakin Qomisin qoluna cavab özünü gözlətməyib. Redon Cica ilk yarı başa çatmamış hesaba tarazlıq gətirib. Azərbaycan və Türkiyənin qardaşlığının təcəssümü olan qarşılaşmanın ilk yarısı bərabərliklə də başa çatıb – 1:1. Azarkeşlər oyunun sonunda daha bir qol görüblər. Mauro İkardi 87-ci dəqiqədə penaltidən dəqiq istifadə edib. Argentinalı ulduz Türkiyə klubuna 2:1 hesablı qələbə qazandırıb.

ETOPAZ

Əvvəlki yazı

Bəhlul Mustafazadə: “İnkişaf etdiyimizi düşünürəm”

Növbəti yazı

Lebron qayıtdı