“Qarabağ” Qəbələdən 3 xalla qayıdır
Azərbaycan Premyer Liqasında XVI tur davam edir. Üçüncü oyun günü Qəbələdə start götürüb.
Rayonun eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Görüşə meydan sahibləri fəal başlayıb. Prins Ovusu hesabı açıb. Lakin qonaqlar fasiləyədək bərabərliyə nail olub. Bədavi Hüseynov fərqlənib. Matçın sonlarında Marko Yankoviçin vurduğu qol isə həlledici olub – 2:1.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.













