“Qarabağ” pley-off səddini keçə bilmədi
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda cavab matçına çıxıb.
Ağdam klubu Belçikada “Gent”lə görüşüb. Bakıda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” üstünlüyünü qoruya bilməyib. Matçın sonlarına yaxın fərqlənən Villi Orban görüşü əlavə vaxta daşıyıb.
Yarım saatda hesab dəyişməyib. 1/8 finala vəsiqənin sahibi penaltilər seriyasında bəlli olub. Yassin Benzianın zərbəsini dəf edən “Gent”in qapıçısı komandasına qələbə qazandırıb – 5:3.
Bununla da “Qarabağ” avrokubok mövsümünü başa vurub. Ardıcıl ikinci dəfə pley-offa qədər irəliləyən komanda 1/8 finala adlaya bilməyib.