“Qarabağ” ”Olimpiya”nı məğlub etdi
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. ”Qarabağ” səfərdə ”Olimpiya”nın qonağı olub.
Lyublyana təmsilçisi ilə görüş ağdamlılar üçün uğurlu keçib. Hesab ilk hissədə açılıb. Künc zərbəsindən sonra Kevin Medina fərqlənib. Çox keçmədən Leandro Andrade səhnəyə çıxıb – 2:0. İkinci yarıda tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 31-də keçiriləcək.