“Qarabağ” növbəti mərhələyə böyükhesablı qələbə ilə yüksəldi

“Qarabağ” növbəti mərhələyə böyükhesablı qələbə ilə yüksəldi

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur. Təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.

Son ölkə çempionu Cəbəllütariqin “Linkoln Red İmps” klubunu qəbul edib. Səfərdən 2:1 hesablı qələbə ilə dönən ağdamlılar cavab matçına da fəal başlayıb. Hesab 7-ci dəqiqədə açılıb. Abdullah Zubir fərqlənib. Komandamız ilk hissəyə artırılan dəqiqədə daha bir qol vurub. Bəhlul Mustafazadə adını tabloya yazdırıb.

İkinci yarı da eyni ssenari ilə keçib. 49-cu dəqiqədə Redon Cica qol müəllifi olub. Bundan 13 dəqiqə sonra Marko Yankoviç qüvvətli zərbə ilə oyunda son nöqtəni qoyub – 4:0.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Polşanın “Rakuv” klubu olacaq. “Köhlən atlar” ilk qarşılaşmaya iyulun 26-da səfərdə, cavab görüşünə avqustun 3-4-də Bakıda çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bruklin”də yeni müqavilə

Növbəti yazı

Qurban Qurbanov: “Futbolçularım sona qədər çox güc sərf etdilər”