“Qarabağ” növbəti mərhələdə

“Qarabağ” növbəti mərhələdə

Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir. Bu gün daha bir matç keçirilib.

”Qarabağ” “Karvan-Yevlax”ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Hesab ikinci hissədə açılıb. Nəriman Axundzadə fərqlənib. Çox keçmədən Elvin Yunuszadə avtoqol müəllifi olub. Oyunun sonlarında Nəriman Axundzadə dublunu müəyyənləşdirib – 3:0.

Qeyd edək ki, “Qarabağ”ın 1/4 final mərhələsindəki rəqibi “Şamaxı” olacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.12.2025

Növbəti yazı

Merih Demiraldan yeni müqavilə