“Qarabağ” “Napoli” ilə bacarmadı

“Qarabağ” “Napoli” ilə bacarmadı

“Qarabağ” klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv İtaliyada “Napoli”nin U-19 komandası ilə qarşılaşıb.

Gərgin keçən matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki 4 oyunda da məğlub olan “Qarabağ”ın U-19 komandası Liqa mərhələsində sonuncu – 36-cı pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Millimiz məğlub oldu

Növbəti yazı

Günün kuponu – 26.11.2025