“Qarabağ” mövqeyini qorudu
İFFHS klubların dünya reytinqini açıqlayıb. Siyahıda planetin 305 ən yaxşı komandası yer alıb.
Azərbaycan cədvəldə bir klubla təmsil olunub. “Qarabağ” 130,5 xalla 91-ci pillədəki mövqeyini qoruyub.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos”da geriləmə müşahidə olunub. Yunanıstan təmsilçisi bir ay ərzində 63-cü yerdən 109-cu pilləyə düşüb.
Ondan fərqli “Frayburq” (126-cı yerdən 83-cü pilləyə) və “Nant” (151-ci yerdən 130-cu pilləyə) cədvəldə irəliləyib. Reytinq cədvəlində Braziliya klubu “Palmeyras” (308 xal) başçılıq edir.
1 (1) “Palmeyras” – 308 2 (2) “Flamenqo” – 301 3 (5) “Real” – 280 4 (7) “Mançester Siti” – 272 5 (3) “Liverpul” – 271 6 (4) “Çelsi” – 265 7 (6) “Atletiko Paranaense” – 245 8 (9) “Reyncers” – 233 9 (9) “Atletiko Mineyro” – 227 10 (12) “İnter” – 220