“Qarabağ” mövqeyini qorudu, “Sabah” irəlilədi

“Qarabağ” mövqeyini qorudu, “Sabah” irəlilədi

Avropanın top komandalarının 2025-ci il üçün ilk reytinq siyahısı açıqlanıb. Cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 279 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü sıradakı mövqelərini qoruyublar.

Yeri dəyişməz qalan “Neftçi” 19 xalla 256-cıdır. 4 xal az toplayan “Sabah” 3 pillə irəliləyərək 279-cu sıraya yüksəlib. 14 xala malik “Zirə” 291-cidir. Qəsəbə klubu da mövqeyini qoruyub.

Qeyd edək ki, siyahıya 2447 xala malik “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Klyuvert İndoneziya millisində

Növbəti yazı

Günün kuponu – 07.01.2025