“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi

“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb. Cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı və mövqeyi dəyişməz qalıb.

Beş pillə geriləyən “Neftçi” 19 xalla 259-cudurr. 4 xal az toplayan “Sabah” 278-ci pilləni qoruyub. 6 addım irəliləyən “Zirə” 14 xalla 280-cidir.

Qeyd edək ki, siyahıya 2632 xala malik “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Pedri “Siti”nin hədəfində

Növbəti yazı

“Yuventus”da ciddi itki