“Qarabağ” mövqeyini qorudu

“Qarabağ” mövqeyini qorudu

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb. Cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.

Azərbaycan siyahıda 4 komanda ilə təmsil olunub. Ölkə çempionu “Qarabağ” 279 xalla 63-cüdür. Qurban Qurbanovun yetirmələrinin mövqeyi dəyişməz qalıb.

Dörd pillə irəliləyən “Neftçi” 19 xalla 252-cidir. 4 xal az toplayan “Sabah” 283-cüdür. Paytaxt təmsilçisi 4 addım geriləyib. 14 xala malik “Zirə” eyni qədər irəliləməklə 287-ci olub.

Qeyd edək ki, siyahıya 2447 xala malik “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Messi məşqlərə başladı

Növbəti yazı

“Hatayspor”un baş məşqçisi bəlli oldu