“Qarabağ” məğlub oldu
UEFA Gənclər Liqasında əsas mərhələnin II tur qarşılaşmaları keçirilir. Yarışda təmsilçimiz “Qarabağ”ın U-19 komandası Bakıda meydana çıxıb.
Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gəlib.
Oyunda sevinən tərəf qonaqlar olub. Görüş “Kopenhagen”in böyükhesablı qələbəsi ilə başa çatıb – 5:0.












