“Qarabağ” Konfrans Liqasının pley-offunu təmin etdi
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun matçları keçirilir. “Qarabağ” “Molde”nin qonağı olub.
Qarşılaşma təmsilçimizin üstünlüyü ilə başlayıb. 11-ci dəqiqədə Olavio Juninyo reydini qolla tamamlayıb. Qoldan sonra meydan sahibləri oyunda dönüş yaratmağa çalışsa da, ilk hissədə bu, mümkün olmayıb. İkinci yarı da eyni ssenari ilə keçib. Matçın son 10 dəqiqəsində hücumlarını daha da artıran “Molde” istəyinə nail olub. Kristian Eriksen öncə 82-ci dəqiqədə hesabı bərabərləşdirib, ardından 87-ci dəqiqədə dublunu rəsmiləşdirib – 2:1. “Qarabağ”ın səyləri özünü son dəqiqələrdə göstərib. Bəhlul Mustafazadə görüşə əlavə olunan dəqiqələrdə adını tabloya yazdırıb – 2:2.
Qeyd edək ki, H qrupunun digər matçında “Bayer” “Hakken”i məğlub edib – 2:0.