“Qarabağ” “Kəpəz”i məğlub etdi
Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.
“Kəpəz” “Qarabağ”ı qəbul edib. Hesab ilk hissədə açılıb. Qonaqların heyətində Abdullah Zubir fərqlənib. İkinci yarı da ağdamlıların üstünlüyü ilə keçib. Görüşdə başqa qol vurulmayıb – 0:1.
Qeyd edək ki, turun digər görüşləri sentyabrın 3-4-də keçiriləcək.