“Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib

“Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı “Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib. Martın 15-də Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən AFFA-nın müraciəti əsasında PFL bu barədə qərar çıxarıb.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə 35-ci turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilsin. Matç saat 17:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.02.2025

Növbəti yazı

“Sumqayıt”dan yeni transfer