“Qarabağ” “Kəpəz”ə “5” verdi

“Qarabağ” “Kəpəz”ə “5” verdi

Azərbaycan Premyer Liqasında X tura start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub.

”Kəpəz” “Qarabağ”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Hesab erkən açılıb. Emmanuel Addai fərqlənib.

Ağdamlılar ikinci hissədə daha məhsuldar olub. Öncə Aleksey İsayev, bir dəqiqə sonra Leandro Andrade adını tabloya yazdırıb. Çoc keçmədən Toral Bayramov fərqlənib. Matçda son nöqtəni isə Aleksey Kaşuk qoyub – 5:0.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”dən “Fənərbaxça”ya

Növbəti yazı

Suarez qərarını verdi