“Qarabağ” İtaliyadan xalsız qayıdır
UEFA Çempionlar Liqasında V tura start verilib. Açılış günündə “Qarabağ” da meydana çıxıb.
Təmsilçimiz “Napoli” ilə qarşılaşıb. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ikinci yarıda açılıb. Skott Maktominey fərqlənib. Çox keçmədən İtaliya təmsilçisi ikinci qolu vurub. Bu dəfə Marko Yankoviç avtoqol müəllifi olub – 0:2.
Qeyd edək ki, “Qarabağ” hazırda 7 xalla 16-cı pillədə qərarlaşıb.












