“Qarabağ” İsveçdən xalsız dönür

“Qarabağ” İsveçdən xalsız dönür

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin VI turunun matçına çıxıb.

Qurban Qurbanovun komandası 2024-cü ildəki son avrokubok sınağında “Elfsborq”la üz-üzə gəlib. İsveçdəki qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib.

Matçın taleyini bir top həll edib. Meydan sahibləri Ahmed Qaşemin 57-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.

Qeyd edək ki, “Qarabağ” 6 turdan sonra 3 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

“Fiorentina”dan 7 qol, “Başakşəhər” qalib gəldi

Növbəti yazı

”Beşiktaş” qələbəni əldən verdi