“Qarabağ” irəlilədi, “Neftçi” gerilədi

“Qarabağ” irəlilədi, “Neftçi” gerilədi

Avropanın top klublarının yeni reytinq siyahısı açıqlanıb. Cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 279 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü sıradakı mövqelərini qoruyublar.

2 addım geriləyən “Neftçi” 19 xalla 256-cıdır. 4 xal az toplayan “Sabah” 5 pillə geriləməklə 282-ci sıraya düşüb. 14 xala malik “Zirə” 291-cidir. Qəsəbə klubu üç pillə aşağı yuvarlanıb.

Qeyd edək ki, siyahıya 2435 xala malik “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Sebalyos “Yuventus”un maraq dairəsində

Növbəti yazı

“Şamaxı” 3 xalı 3 qolla qazandı